
Bakı. Trend:
Azərbaycan kimi Özbəkistan da, Orta Dəhlizi Qərblə Şərq arasında
strateji iqtisadi körpü kimi nəzərdən keçirir və Türk Dövlətləri
Təşkilatı çərçivəsində birgə sənaye layihələrini fəal şəkildə
təşviq edir.
Bunu Trend-ə
Özbəkistan Prezidenti yanında Strateji və Regionlararasıd
Araşdırmalar İnstitutunun aparıcı elmi əməkdaşı Əzizcon Kərimov
Türk Dövlətləri Təşkilatının beyin mərkəzlərinin Bakıda keçirilən
konfransı çərçivəsində bildirib.
“Orta Dəhliz yalnız tranzit istiqaməti olmamalıdır. Türk dünyası
əməkdaşlığı inkişaf etdirməli və mövcud sənaye və intellektual
potensialdan istifadə edərək birgə iqtisadi layihələr həyata
keçirməlidir”, – deyə Kərimov vurğulayıb.
Kərimov həmçinin, ilk mərhələdə müxtəlif ölkələrin məhsullarını
birləşdirəcək, sonradan isə genişmiqyaslı ortaq türk iqtisadi
layihələrinin əsasını təşkil edəcək ümumtürk brendinin
formalaşdırılması perspektivinə toxunub.
“Türkiyənin, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin sənaye və
xammal potensialından, eləcə də regionun insan kapitalından
istifadə türk dünyasının iqtisadi məkanını möhkəmləndirməyə imkan
verəcək”, – deyə o yekunlaşdırıb.

