Avropa İttifaqının (Aİ) Azərbaycana yeni təyin olunmuş səfiri Mariyana Kuyundiç 44 günlük Qarabağ müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad edib.
“Report”un verdiyi məlumata görə, diplomat bu barədə “X” hesabında yazıb.
“27 Sentyabr – Vətən müharibəsinin ildönümündə onilliklər boyu davam edən münaqişədə və 44 günlük müharibədə həyatını itirənlərin xatirəsini yad edirik. Bütün qəlbimizlə onların ailələrinin kədərini bölüşürük”, – o yazıb.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

