Bakı. Trend:
İlon Musk bildirib ki, o, əvvəllər uşaq təcavüzünə görə məhkum
olunmuş maliyyəçi Ceffri Epşteнnin adasına səfər etmək dəvətindən
imtina edib.
Trend-in məlumatına görə, bu barədə iş adamı “X” sosial
şəbəkəsində yazıb.
“Bu yalanı narrativi təbliğ edən hər kəs nifrətə layiqdir.
Epşteyn məni öz adasına getməyə məcbur etməyə çalışdı, amma mən
bundan imtina etdim”, – deyə milliyarder bildirib.
Bununla İ.Mask adının Epsteyn işi ilə bağlı sənədlərdə yer
alması ilə bağlı mediada yayılan xəbərlərə cavab verib.
İ.Mask əvvəllər dəfələrlə ABŞ rəhbərliyini bu işlə bağlı bütün
materialları ictimaiyyətə açıqlamağa çağırıb.

