NATO dron insidentlərindən sonra Baltik dənizində nəzarəti gücləndirəcək

Baş səhifə

Bakı. Trend:

Danimarka səmasında hava limanının işini pozan pilotsuz uçuş
aparatları göründükdən sonra Şimali Atlantika Alyansı (NATO) Baltik
dənizi regionunda nəzarəti gücləndirəcək.

Trend-in
məlumatına görə, bu barədə “Reuters” agentliyi əldə etdiyi bəyanata
istinadən xəbər verib.




Məlumata əsasən, NATO müxtəlif aktivlərdən istifadə etməklə
regionda “daha da gücləndirilmiş müşahidə” aparacaq.

Bildirilib ki, Alyans Baltikyanı ölkələrə bir sıra yeni
aktivlər, o cümlədən “kəşfiyyat, müşahidə və tanıma platformaları,
həmçinin ən azı bir hava hücumundan müdafiə freqatı”
yerləşdirəcək.