Xocalıda 27 Sentyabr – Anım Günü tədbiri keçirilib (FOTO)

Baş səhifə

Xocalı. Trend:

27 sentyabr – Anım Günü ilə bağlı Xocalı şəhər Şəhidlər
xiyabanında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub,
məzarları üzərinə gül dəstələri düzülüb, qəhrəman Vətən
övladlarının əziz xatirəsinə dualar oxunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, anım
tədbirində çıxış edən natiqlər 2020-ci ildə sentyabrın 27-də
başlayan Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı
tarixi Zəfərdən söz açıblar.

Bildirilib ki, Zəfərin davamı olaraq 2023-cü ildə keçirilən
lokal antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyi
tam bərpa edilib.




Qeyd olunub ki, hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı
bərpa və quruculuq işləri həyata keçirilir. Doğma yurd-yuvalarından
illərlə didərgin düşmüş keçmiş məcburi köçkünlərin mərhələli
şəkildə geri dönüşü təmin olunur.

“Böyük Qayıdış” proqramı çərçivəsində Xocalı şəhəri ilə yanaşı,
kəndlərə də mərhələli şəkildə köç həyata keçirilir. Xatıqladaq ki,
Xocalıda keçirilən anım mərasimində Azərbaycan Respublikası
Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında
xüsusi nümayəndəliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı
rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları,
Xocalı rayon polis şöbəsinin əməkdaşları, şəhid ailələri, müharibə
veteranları iştirak ediblər.