
Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta
şirkətinin xətti ilə 1,048 milyard manat sığorta haqqı
toplanılıb.
Bu barədə Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 120 milyon
manat və ya 12,9% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri
ödənişlərin məbləği isə 603,414 milyon manat təşkil edib.
Bu isə illik müqayisədə 105,1 milyon manat və ya 21,1% çoxdur.

