
“Arsenal” klubu Uilyam Saliba ilə müqavilənin müddətini uzadacaq.
Metbuat.az xəbər verir ki, tərəflər yeni müqavilə imzalamaq barədə razılığa gəliblər. Detallar barədə hələlik açıqlama verilməyib.
Qeyd edək ki, müdafiəçi Uilyam Salibanın müqaviləsi 2027-ci ildə yekunlaşır. Uilyam Saliba “Arsenal”ın heyətində 139 oyunda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Bundan əvvəl “Real Madrid”in futbolçunun xidmətində maraqlı olduğu barədə xəbərlər dərc edilmişdi. İddialara görə, “Arsenal” futbolçu üçün 100 milyon avro tələb edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

