Olimpiadada uğurlu çıxış etmək üçün əcnəbi basketbolçuların xidmətindən yararlanmaq lazımdır.
“Report” xəbər verir ki, bunu ABF-nin prezidenti Emin Əmrullayev Azərbaycan Basketbol Liqasının yeni mövsümünün açılışına həsr edilmiş tədbirdə deyib.
O, yığmaya əcnəbi oyunçular cəlb edildiyi üçün bəzən tənqidlərə məruz qaldıqlarını söyləyib:
“İstəyirik ki, Azərbaycan basketboluna fayda verə biləcək oyunçuların xidmətindən yararlanaq. Əgər Olimpiada kimi mötəbər yarışda iştirak etmək, müəyyən uğur əldə etmək istəyiriksə, bəzən xarici oyunçuların xidmətindən yararlanmalıyıq. İnanırıq ki, zamanla öz yerli basketbolçularımız lazımı gormaya çatacaqlar və biz onlarla uğurlar qazanacağıq”.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

