Region
- 25 sentyabr, 2025
- 14:28
2026-cı ildə Ermənistanın müdafiə xərcləri təqribən 16 % azaldılaraq 560 milyard dram (təxminən 1.46 milyard ABŞ dolları) təşkil edəcək.
“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, ölkə hökuməti bu gün 2026-cı il üçün dövlət büdcəsi layihəsini təsdiqləyib.
“2026-cı ildə Ermənistanın müdafiəsinin təmin edilməsinə, döyüş hazırlığının saxlanmasına, dövlət sərhədlərinin xarici düşmənlərdən qorunmasının təmin edilməsinə yönəldilən xərclər 560 milyard 98 milyon dram təşkil edəcək”, – dövlət büdcəsi layihəsində qeyd olunub.
2025-ci ildə Ermənistan hərbi xərclərini 20 % artıraraq 664 milyard drama (1.73 milyard ABŞ dolları) çatdırıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

