Ötən il Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli münasibətlər baxımından tarixi əhəmiyyət daşıyıb – Ferqus Auld

Baş səhifə

Bakı. Trend:

Ötən il Azərbaycan və Böyük Britaniya arasında ikitərəfli
münasibətlər baxımından tarixi əhəmiyyət daşıyıb.

Trend xəbər verir
ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld ADA
Universitetində Birinci Azərbaycan- Britaniya Siyasi Dialoqunun
gedişində bildirib.

Diplomat keçən il baş tutmuş, Britaniya baş naziri Kir Starmerin
Azərbaycana ilk tarixi səfərinin əhəmiyyətini vurğulayıb.

“Biz səfirlikdə tarixdə ilk dəfə müdafiə məsələləri üzrə
rezident attaşe vəzifəsini təsis etdik. Mən Energetika naziri
Pərviz Şahbazov və Azərbaycanın ən böyük nümayəndə heyəti ilə
birlikdə Hökumətlərarası Komissiyamızın iclasında iştirak etdim.
Həmçinin Londonda keçirilmiş Dünya Təhsil Forumunda Elm və Təhsil
naziri Emin Əmrullaev ilə görüşdüm”, – deyə o bildirib.

F.Auldun sözlərinə görə, “UK Export Finance” dəstəyi ilə
Azərbaycanda ilk müqavilənin bağlanması da mühüm hadisə olub –
söhbət “Silk Way Airlines” şirkəti üçün aviasiya simulyatorlarının
tədarükündən gedir.

“Qürur duya biləcəyimiz bir çox nailiyyətlərimiz var. Amma mən
yeni üfüqlər və imkanlar axtarmağa davam edirəm ki, onları birlikdə
həyata keçirə bilək”,- deyə diplomat vurğulayıb.