Bakıda ağır QƏZA: Taksi skuterlə toqquşdu, yeniyetmə öldü

Cəmiyyət

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

”Resmixeber.az” Baku.ws-ə istinadla xəbər verir ki, metronun “İçərişəhər” stansiyasının yaxınlığında maşınla skuter toqquşub.

Şahidlərin sözlərinə görə, skuter sürən yeniyetmə hadisə yerində ölüb. Qeyd edilir ki, qəza törədən maşın taksi fəaliyyəti göstərirmiş.