Bakı. Trend:
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış etmək uğrunda
pley-off matçı keçirilib.
Trend-in
məlumatına görə, həlledici görüşdə “Qəbələ” və “Mingəçevir”
komandaları üz-üzə gəlib.
Sumqayıtdakı “SOCAR Polymer Arena”da reallaşan matç “Qəbələ”nin
2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, “qırmızı-qaralar”
Premyer Liqada qalıb.
“Mingəçevir” isə növbəti ildə də I Liqada mübarizə aparacaq.
Xatırladaq ki, başa çatan mövsümdə “Qəbələ” Premyer Liqada 11-ci
yeri, “Mingəçevir” isə I Liqada 2-ci pilləni tutmuşdu.

