
Bakı. Trend:
İran qüvvələri Hörmüz boğazı yaxınlığındakı dörd gəmiyə
xəbərdarlıq atəşi açıb.
Trend-in məlumatına görə, bu barədə “Mehr” agentliyi xəbər
verib.
Məlumata əsasən, gəmilər hərəkətlərini əlaqələndirmədən boğazdan
keçməyə cəhd ediblər.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, böyük şəhərlər
zərbələrə məruz qaldıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə
hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn,
İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı ABŞ
hədəfləri də zərbələrə məruz qalıb.

