
Ağdam. Trend:
Ağdamda 68 yaşlı qadını ilan sancıb.
Trend-in Qarabağ
bürosunun məlumatına görə, hadisə rayonun Mirəşelli kəndinə baş
verib.
Kənd sakini 1968-ci il təvəllüdlü Məmmədova Tamaşa Qara qızı
həyətdə iş görərkən ilan onu sancıb.
Yaxınları T.Məmmədovanı Ağdam Rayon Mərkəzi Xəstəxanasına
çatdırıb. Faktla bağlı araşdırma aparılır.

