Bakıda 33 yaşlı sürücü yol-nəqliyyat hadisəsində xəsarət alıb

Cəmiyyət




Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 1991-ci il təvəllüdlü Murad Qulam oğlu Həsənovun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Qəza zamanı xəsarət alan M.Həsənov təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az