Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu başa çatıb.
resmixeber.az xəbər verir ki, üç gün davam edən forum çərçivəsində bir sıra panel müzakirələri təşkil edilib.
Forumun sonuncu günündə “Regional perspektivlər: Avropa Birliyi və qonşuları”, “Qlobal çağırışlara davamlılığın artırılması: Bərabərsizlik, resurs çatışmazlığı və miqrasiya ilə mübarizə”, “Süni intellekt, pilotsuz uçuş aparatları və kibermüharibə dövründə yeni təhlükəsizlik paradiqması”, “Gənclər danışırlar, biz dinləyirik” adlı müzakirələr baş tutub.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumunda 400-ə yaxın dünyaca məşhur siyasi xadim, eləcə də keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak ediblər.
www.RESMIXEBER.az