Şabranda avtomobil betona çırpılıb: Xəsarət alanlar var

Cəmiyyət


Şabranda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə Bakı-Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı minik avtomobilinin betona çırpılması nəticəsində Məcidova Ülkər İslam qızı və Məmmədov İlyas İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az