Biləcəri Texniki Xidmət Məntəqəsində tüstülənmə olub

Cəmiyyət


Bu gün səhər saat 10:35-də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Biləcəri Texniki Xidmət Məntəqəsinin dam örtüyündə tüstülənmə hadisəsi baş verib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, ADY-nin yanğınsöndürmə qatarı və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri dərhal hadisə yerinə cəlb ediliblər. Operativ tədbirlər nəticəsində tüstülənmənin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

www.RESMIXEBER.az