Zahid Oruc seçici imzalarını MSK-ya təqdim edib

Cəmiyyət


Növbədənkənar prezident seçkisində öz təşəbbüsü ilə namizədliyini irəli sürən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzası Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.

“resmixeber.az”un xəbərinə görə, Seçki Məcəlləsində göstərilən imzalarla birlikdə namizədin gəlirlərinin miqdarı və mənbələrinə dair məlumat, o cümlədən, mülkiyyət hüququ əsasında ona məxsus əmlak barəsində sənədlər və ilkin maliyyə hesabatı da seçici imzalarına əlavə olunaraq MSK-ya təqdim edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir