Bakıda zəncirvari qəza baş verib, xəsarət alan var – FOTO

Cəmiyyət


Bakının Nəsimi rayonunda üç avtomobil toqquşub.

resmixeber.az xəbər verir ki, hadisə Rəşid Behbudov prospekti ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində qeydə alınıb.

Əsas yola gözləmədən daxil olan “Chevrolet” markalı minik avtomobili hərəkətdə olan digər “Toyota” və “Honda” markalı maşınlara çırpılıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Əraziyə təcili yardım briqadası çağırılıb. Yaralıya yerində yardım göstərilib. Avtomobillər yoldan götürülərək aidiyyəti üzrə təhvil verilib.

Qəzanın səbəbləri araşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir