Cari ilin sonunda əfv sərəncamı gözlənilirmi? – AÇIQLAMA + FOTO

Cəmiyyət


“Cari ilin sonunda əfv sərəncamının olması ehtimalını yüksək hesab etmirəm”. 

Bu barədə resmixeber.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib. 

O bildirib ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb:

“Bu sərəncamın icrası may ayında baş tutub. Onu da qeyd edim ki, sonuncu əfv sərəncamı şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır. Cari ildə hər hansı əfv sərəncamının olması ehtimalını yüksək hesab etmirəm”.

Qeyd edək ki, Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı 801 nəfərə şamil olunub. Ümumilikdə isə sonuncu imzalanan əfv sərəncamı ölkədə icra edilən sayca 69-cu əfv sərəncamı olub. Eləcə də 1996-ci ildən etibarən bu günə qədər 12 amnistiya elan olunması haqqında qərar qəbul edilib.

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir