Şabran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Kriminal


Şabran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,  Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər  nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə üç ədəd ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa RPŞ-nin ictimai təhlükəsizlik bölməsinin əməkdaşları xidmətdə olduqları zaman yol kənarından müxtəlif markalı üç ədəd ov tüfəngi aşkar edərək götürüblər.

Faktlar üzrə Şabran  RPŞ-də müvafiq araşdırmalar aparılır.

www.RESMIXEBER.az