ETSN: “Bu il 147 dəfə çayların öz məcrasından çıxması halı meydana gəlib”

Cəmiyyət


“Bir neçə ildir Azərbaycanda quraqlıq daha uzunmüddətli dövrü əhatə edir”.

resmixeber.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

O bildirib ki, tranzit çaylarla ölkəyə daxil olan suyun miqdarı əhəmiyyətli miqdarda azalıb.

“Bu, həm temperaturun qalxması, həm də yağıntıların paylanmasında qeyri-bərabərliyin artması və s. amillərlə bağlıdır. Su problemi Azərbaycan üçün mühüm problemlərdən biridir. 2023-cü ildə ötən illərlə müqayisədə sel-daşqın hallarının sayı xeyli çox olub. Belə ki, bu il 147 dəfə çayların öz məcrasından çıxması halı meydana gəlib. Bu, keçən ilin rekordunu 3 dəfə üstələyib. Lakin yağıntılar lokal ərazini əhatə edirdi. Bəzi rayonlarda yağıntılar normadan artıq düşdüyü halda, digərlərində az olub. Yağıntıların qeyri-bərabər paylanması bizi vadar edir ki, su mənbələrindən daha səmərəli istifadə edilməsi üçün tədbirlər işlənib hazırlansın. Hazırda bu istiqamətdə işlər görülməkdədir”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir