KTM: “Sentyabrda zəhərlənmədən dörd nəfər həyatını itirib”

Cəmiyyət


Sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya Şöbəsinə zəhərlənmə ilə bağlı 149 nəfər qəbul edilib.

Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata görə, onlardan 63-ü kişi, 63-ü qadın, 23-ü isə uşaq olub.

Qəbul olunan xəstələrdən 68-i dərmandan, 36-sı sirkə turşusundan, 12-si göbələkdən, yeddisi etanoldan zəhərlənib. Daha üç nəfər allergik reaksiyadan, altı nəfər botulizm, üç nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həmçinin, onlardan 14 nəfəri ilan sancıb.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən dördü dünyasını dəyişib. Onlardan ikisi kişi, ikisi qadın olub. Ölüm halları sirkə turşusundan zəhərlənmə səbəbilə baş verib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir