Baydenin oğlu qanunsuz silah əldə etmək və saxlamaqda ittiham olunur

Dünya


ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden narkotikdən istifadə etdiyi dövrdə qanunsuz olaraq silah əldə etmək və saxlamaqda ittiham olunub.

İttiham aktının iki maddəsi 2018-ci ildə ABŞ prezidentinin oğlunun tapança alarkən narkotikdən istifadə etməməsi barədə yalan məlumat verməsi ilə bağlıdır. Üçüncü bənddə isə Hanter Baydenin narkotik istifadə etdiyi müddətdə odlu silaha sahib olduğu iddia edilir. Bunların hər biri federal cinayət hesab olunur.

Hanter Baydenin günahkar olduğu sübut edilərsə, onu 25 ilə qədər həbs və 750 min dollar məbləğində cərimə gözləyir.

Qeyd edək ki, Hanter Baydenlə bağlı təhqiqat 2018-ci ildə başlayıb. 2023-cü ilin yayında prezidentin oğlu ABŞ Ədliyyə Nazirliyi ilə sövdələşmə bağlayıb və bu müqavilə çərçivəsində o, 2017-2018-ci illərdə törədilən iki vergi qanun pozuntusuna görə təqsirli olduğunu etiraf etməli idi. Bunun müqabilində Hanterə qarşı qanunsuz silah saxlama ittihamları iki ildən sonra ləğv edilməli idi. Lakin iyulun 26-da sövdələşmə məhkəmə tərəfindən təsdiqlənməyib və iş üzrə xüsusi prokuror Devid Uayss daha sonra bu məsələ ilə bağlı danışıqların dalana dirəndiyini və onların dayandırıldığını bildirib.

Mənbə: The New York Times

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir