Sumqayıtda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

Kriminal


Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin və alkoqolizm xəstələrinin sayı açıqlanıb.

Sumqayıt şəhər Narkoloji Dispanserdən “resmixeber.az”un yerli bürosuna bildirilib ki, hazırda müəssisədə qeydiyyatda olan narkoloji xəstələrin sayı 4 805 nəfərdir.

Qeyd olunub ki, onlardan narkotik istifadəçilərinin sayı 3418 nəfər, alkoqolizm xəstələrinin sayı isə 1397 nəfərdir.

Narkotik istifadəçilərindən 93 nəfəri, alkoqolizm xəstələrindən isə 10 nəfəri zərif cinsin nümayəndəsidir.

Bildirilib ki, narkoloji xəstələrin və narkotik istifadəçilərinin əksəriyyəti 20-40 yaş arasındadır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir