Pirallahı-Bakı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə ilə bağlı resmixeber.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis mayoru Fuad Sultanov bildirib ki, qəza nəticəsində bir nəfər xəsarət alıb:
“Hadisə bu gün səhər saatlarında Pirallahı yolunda qeydə alınıb. Məlumat daxil olan kimi əraziyə DYP əməkdaşları cəlb ediliblər. “Ford Transit” markalı avtomobillə “Hyundai” markalı avtomobilin yol ayrıcında bir birinə yol verməməsi səbəbindən toqquşma baş verib. Hadisə yerində bir nəfər “Hyundai” markalı avtomobilin sürücüsü xəsarət alıb. Yerindəcə ona ilk tibbi yardım göstərilib və sərbəst buraxılıb. Ölüm halı qeydə alınmayıb”.
17:36
Pirallahı-Bakı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
resmixeber.az xəbər verir ki, hadisədən sonra şahidlər tərəfindən lentə alınan görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Kadrlardan aydın olur ki, “Ford Transit” markalı avtomobil qəza nəticəsində tamamilə yararsız hala düşüb.
Şahidlərin iddialarına görə, dəhşətli qəzada yaralananlar var.
Görüntüləri təqdim edirik:
www.RESMIXEBER.az