Azərbaycan güləşçiləri “Poland Open”də iştirak edəcəklər

Dünya


Azərbaycanın qadın və sərbəst güləşçiləri Polşanın paytaxtı Varşavada keçiriləcək “Poland Open”də iştirak edəcəklər.

Federasiyadan verilən məlumata görə, 27-28 iyulda baş məşqçi Semyon Şterevin rəhbərliyi altında qadın güləşçilərdən Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) qüvvəsini sınayacaqlar.

Yarışın sonuncu günündə isə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə sərbəst güləşçilər mübarizə aparacaqlar. Heyətdə Əliabbas Rzazadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xadjimurad Qadjiyev (hamısı 74 kq), Osman Nurmaqomedov (92 kq) və Georgi Meşvildişvili (125 kq) yer alıb.

Ənənəvi turnirdə II kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.

Qeyd edək ki, “Poland Open” iyulun 30-da başa çatacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir