Bakıda mənzildən iki qardaşın meyiti tapıldı

Cəmiyyət


Bakı şəhərində evdən iki qardaşın meyiti tapılıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. 

Belə ki, qəsəbə sakinləri – 1968-ci il təvəllüdlü (55 yaş) Həsənov Rəhman Xaliq oğlu və onun qardaşı 1971-ci il təvəllüdlü (52 yaş) Həsənov Əli Xaliq oğlunun üzərində zolakılıq əlamətləri olmayan meyitləri yaşadıqları evdə aşkar edilib.

Onların narkotik aludəçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İlhamə Əbülfət

www.RESMIXEBER.az