
Bakı. Trend:
Paytaxtın Suraxanı rayonu, Zığ şosesində yük avtomobilinin
aşması səbəbindən 8 Noyabr prospekti istiqamətində tətbiq edilən
müvəqqəti hərəkət məhdudiyyəti aradan qaldırılıb.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzindən bildirilib.
xxx
23:35
Qəza səbəbindən Zığ şosesi-8 Noyabr prospekti istiqamətində
nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət
qoyulub.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzinin məlumat verilib.
Bildirilib ki, paytaxtın Suraxanı rayonunun Zığ şosesində
yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən yük
avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması
nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.
Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik
tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və
hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.

