
Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına
uyğun olaraq növbəti dəfə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi
və Sos kəndinə qayıdış karvanı yola salınıb.
Trend-in
Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə Xocavənd rayonunun
Qırmızı Bazar qəsəbəsinə 21 ailədən 89 nəfər Sos kəndinə isə 20
ailə olmaqla 80 nəfər Füzuli rayonunun Alıxanlı kənd keçid
postundan yola salınıb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən
şəhidlərimizə rəhmət diləyiblər.

