
Bakı. Trend:
İspaniya La Liqasının dördüncü turunun səfər matçında “Real” “Betis”ə 0:1 hesabı ilə məğlub olub.
Matçın 81-ci dəqiqəsində irlandiyalı hücumçu Troy Perrott qolla
fərqlənib. 87-ci dəqiqədə “Real”ın ispaniyalı hücumçusu Karlos Espi
akrobatik zərbə ilə (üstündən aşırma) topu qapıdan keçirsə də, qol
oyundankənar vəziyyətə (ofsayd) görə ləğv edilib. İkinci hissəyə
əlavə olunmuş 4-cü dəqiqədə isə “Real”ın fransalı hücumçusu Kilian
Mbappe penaltini dəqiq yerinə yetirə bilməyib.
Bu, İyun ayında baş məşqçi postuna qayıdan Joze Mourinyonun
rəhbərliyi altında “Real”ın ilk məğlubiyyəti olub. Bunadək komanda
İspaniya çempionatının startında “Espanyol” (2:1), “Real Sosyedad”
(4:1) və “Malaqa”ya (4:0) qalib gələrək ardıcıl üç qələbə
qazanmışdı.

