“Şimal-2” stansiyasında istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

Baş səhifə

Buxar-qaz tipli “Şimal-2” Elektrik Stansiyasında istismara verildiyi tarixdən bu ilin sentyabr ayınadək 21,1 mlrd. kVt·st elektrik enerjisi istehsal edilib.

APA-Economics” bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

7 il əvvəl – 2019-cu ilin 5 sentyabr tarixində Bakı şəhərində yerləşən “Şimal-2” Elektrik Stansiyası istismara verilib. Stansiyanın qoyuluş gücü 400 MVt-dır.