Azərbaycanda hidrogeoloji qazma işləri üçün tender elan edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin tabeliyində “Dövlət Mineral Xammal Ehtiyatlarından
İstifadə Agentliyi hidrogeoloji layihələri üzrə yerinə yetiriləcək
buruq qazma və köməkçi işlərin (yol çəkilməsi, meydança
hazırlanması, bərkitmə, su ilə təmin etmə, təcrübi sınaqlaşdırma,
rekultivasiya) satın alınması ilə bağlı tender elan edib.

Prosedurda iştirak haqqı 350 manatdır.

Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 25 sentyabr
2026-cı il saat 17:00-dan gec olmayaraq (GMT+4) təqdim
etməlidirlər. Tender paketlərinin açılışı 25 sentyabr saat 17:00-da
(GMT+4) baş tutacaq.

Əlavə məlumat üçün telefon: (+994) 55 455 41 55




Əlaqədar şəxs: Şahin Ataşov

Email: [email protected]

Ünvan: AZ 1001, Bakı şəhəri Səbail rayonu, İstiqlaliyyət, 31