Xaçmaz Rayon İcra Hakimiyyətində iclas keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıq və
yerlərdə keçirilən səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən
qaldırılan məsələlərin həlli ilə bağlı görülən işlərə dair iclas
keçirilib.

Trend
xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin
rəhbərliyi ilə keçirilən iclasda rayonda fəaliyyət göstərən xidmət
sahələrinin rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə
sədrləri iştirak ediblər.

Yığıncaqda payız-qış mövsümünə hazırlıqla əlaqədar elektrik
enerjisi, qaz və su təchizatı ilə bağlı görülən işlərin vəziyyəti,
mövcud problemlər və qarşıda duran vəzifələr ətraflı müzakirə
edilib.




Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çatışmazlıqların
aradan qaldırılması, abadlıq-quruculuq və təmizlik işlərinin yüksək
keyfiyyətlə həyata keçirilməsi ilə bağlı tapşırıqlar verib.

İclasda həmçinin yerlərdə keçirilən səyyar qəbullar zamanı
vətəndaşlar tərəfindən qaldırılan məsələlər təhlil edilib,
müraciətlərin həlli ilə bağlı cavabdeh şəxslər qarşısında konkret
tələblər qoyulub.