Salyanda qəza olub, bir nəfər ölüb

Baş səhifə

Salyanda yol-nəqliyyat hadisəsi olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobil “Opel” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində bir nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.