Aleksandr Lukaşenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib

Baş səhifə

Bakı. Trend:

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ad günü
münasibətilə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin vətənpərvərliyiniz və Azərbaycana fədakarcasına
xidmətiniz, ölkənin inkişafına dair əsas məsələlərə diqqətiniz və
töhfəniz hörmət və heyranlıq hissləri doğurur.
Belarusda Sizin Minsk ilə Bakı arasında strateji tərəfdaşlığın
möhkəmlənməsinə, həmçinin münasibətlərimizin haqlı olaraq əsl
dostluq nümunəsi hesab oluna biləcəyi etimad ab-havasının və
qarşılıqlı anlaşmanın dəstəklənməsinə verdiyiniz töhfəni yüksək
qiymətləndirirlər.

Əminəm ki, Sizin səmərəli fəaliyyətiniz birgə layihələrin həyata
keçirilməsinə, Belarus ilə Azərbaycan arasında açıq və konstruktiv
dialoq ruhunda əməkdaşlığın bundan sonra da genişləndirilməsinə
kömək edəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm
cansağlığı, rifah və yeni nailiyyətlərin əldə olunmasında uğurlar
arzulayıram”.