“Sabah” – “Hapoel” oyununda ilk hissə başa çatıb – Çempionlar Liqası (YENİLƏNİB-2)

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” və
İsrailin “Hapoel” (Beer-Şeva) komandaları arasında cavab oyununda
ilk hissə başa çatıb.

Komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil
edilən görüşün fəsiləsinə qollu heç-heçə ilə yollanıb – 1:1.

Qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə
edir.

Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda “Sabah” “Hapoel”ə 1:2
hesabı ilə məğlub olub.

xxx

20:58

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Sabah” –
İsrailin “Hapoel” (Beer-Şeva) qarşılaşmasının cavab matçına start
verilib.

Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən
oyun saat 20:45-də başlayıb.

Matçın baş hakimi rumıniyalı FIFA referisi İştvan Kovaçdır.




Xatırladaq ki, komandalar arasında ilk görüş İsraildə keçirilib
və “Sabah” həmin matçda rəqibinə 1:2 hesabı ilə uduzub.

xxx

20:18

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin bu gün
keçiriləcək “Sabah” – “Hapoel” (Beer-Şeva) matçında komandaların
start heyətləri müəyyənləşib.

“Hapoel” meydana Ofir Marsiano, Pedro Amator, İtay Rotman, Migel
Vitor, Qay Mizrahi, Eliel Perets, Lukas Ventura, Niv Yehoşuha, Zahi
Ahmad, Ceyvon İst və İqor Zlatanoviçdən ibarət heyətlə çıxacaq.

Baş məşqçi: Ran Kojux.

“Sabah”ın start heyətində isə Stas Pokatilov, Stiv Solve, Rəhman
Daşdəmirov, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali
Raxmonaliyev, Aleksey İsayev, Velko Simiç, Ksander Severina və
Coy-Lens Mikels yer alacaq.

Baş məşqçi: Valdas Dambrauskas.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda
oynanılacaq qarşılaşmanın start fiti saat 20:45-də səslənəcək.
Tərəflər arasında ilk görüşdə “Hapoel” 2:1 hesabı ilə qalib
gəlib.