Vüsal Qurbanov: “Süni intellekt əsaslı nəzarət sığortanın yeni standartları olacaq”

Baş səhifə
Vüsal Qurbanov: Süni intellekt əsaslı nəzarət sığortanın yeni standartları olacaq

Süni intellekt əsaslı nəzarət modelləri yaxın gələcəkdə sığortanın yeni standartları olacaq.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Vüsal Qurbanov Bakıda keçirilən “Türk Dövlətləri InsurTech Sammiti 2025” tədbirində bildirib.

Onun sözlərinə görə, data mühəndisliyinə əsaslanan avtomatlaşdırılmış qiymətləndirmələr sığortaçılara daha dəqiq, ədalətli və çevik xidmətlər təklif etməyə imkan yaradır: “Bütün bunlar müştəri loyalığını artırır, əməliyyat xərclərini azaldır və sığırtanın davamlı inkişafına tövhə verir. Azərbaycanın sığorta bazarında “Inshurtech”lərin tətbiqi, tənzimləyici “sendbox” rejimləri, rəqəmsal transformasiyanın yerli və qlobal bazarlara təsirləri requlyator olaraq AMB-nin daim diqqət mərkəzindədir”.

AMB rəsmisi əlavə edib ki, məqsəd beynəlxalq trendləri izləməklə bərabər, onları yerli reallıqlara uyğunlaşdırılaraq ölkəmizdə tədbiqi üçün sığorta sektoruna şərait yaratmaq, istehlakçıların tələblərinə uyğun sığorta məhsullarına çıxışı təmin etməkdir: “Bilirik ki, rəqəmsal identifikasiya, onlayn satış platformaları, avtomatlaşdırdığımız zərər qiymətləndirmə sistemləri, həmçinin süni intellekt əsaslı nəzərət modelləri yaxın gələcəkdə suvertanın yeni standartları olacaq”.