Süni intellektə tələbat fonunda “Samsung Electronics” xalis mənfəətini altı dəfə artırıb

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung Electronics”
açıqlayıb ki, süni intellekt sahəsinin sürətli inkişafı fonunda
yarımkeçiricilərə tələbatın artması sayəsində şirkətin üçüncü rübdə
xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə altı dəfə
artıb.

İyul-sentyabr aylarında dünyanın ən böyük yaddaş çipləri
istehsalçısı 75,13 trilyon von (50,5 milyard avro) xalis mənfəət
əldə edib. Bu, illik müqayisədə 514,6 faiz artım deməkdir.




Şirkətin əməliyyat mənfəəti isə 107,4 trilyon von (72,3 milyard
avro) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə
təxminən doqquz dəfə çoxdur.

Şirkətin eyni şəhərdə fəaliyyət göstərən rəqibi “SK Hynix”
çərşənbə günü güclü maliyyə nəticələri açıqlayıb və gələcəyə dair
nikbin proqnoz verib. Bu, süni intellektə əsaslanan çip
gəlirlərinin artım tempini itirə biləcəyi ilə bağlı bazar
narahatlıqlarını müəyyən qədər azaldıb və “Samsung” ilə “SK Hynix”
şirkətlərinin səhmlərinin bahalaşmasına səbəb olub.