
Bakı. Trend:
Oktyabrın 29-u saat 08:00-dan etibarən Qaradağ rayonunun Ümid
qəsəbəsinin mərkəzi yolunda təmir işləri aparılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən
(AAYDA) məlumat verilib.
Bildirilib ki, eyni zamanda, Koroğlu Rəhimov və Təbriz
küçələrinin kəsişməsində yolun hərəkət hissəsinin genişləndirilməsi
məqsədilə ayırıcı zolağın ləğvi işləri görüləcək.
İşlərlə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin
hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət
zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları
xahiş olunur.

