
Azərbaycanın turizm imkanlarının Asiya-Sakit Okean regionunda daha geniş tanıdılması məqsədilə yeni əməkdaşlıq qurulur.
Modern.az xəbər verir ki, Bakıda keçirilən “PATA Hosted Buyers Summit Baku 2026” çərçivəsində Azərbaycan Turizm Bürosu ilə Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və PATA-nın baş icraçı direktoru Nur Əhməd Həmid imza atıblar.
Memorandum Asiya-Sakit Okean regionunda Azərbaycan haqqında məlumatlılığın artırılmasını və ölkənin turizm potensialının beynəlxalq səviyyədə təşviqini hədəfləyir.
Əməkdaşlıq çərçivəsində regionun turizm bazarlarının nümayəndələri ilə əlaqələrin genişləndirilməsi, media ilə əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin turizm sektorunda fəaliyyət göstərən maraqlı tərəflər arasında təcrübə və məlumat mübadiləsinin gücləndirilməsi nəzərdə tutulur.
Nicat Rüstəm

