Unibank 5 nominasiya üzrə qalib olub

Baş səhifə

Bakı. Trend:

Unibank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən həyata
keçirilən “Bankçılıq Mükafatları – 2025” təşəbbüsü çərçivəsində 5
nominasiya üzrə qalib olub. Qiymətləndirmə bankların müxtəlif
sahələr üzrə fəaliyyətlərini əhatə edib.

Qiymətləndirmənin nəticələrinə əsasən, Unibank aşağıdakı
nominasiyalar üzrə mükafatlandırılıb:

“Korporativ sosial məsuliyyət” – Bankın sosial
yönümlü layihələri, inklüziv təşəbbüsləri və cəmiyyətə verdiyi
davamlı töhfələr bu kateqoriyada yüksək qiymətləndirilib.

“Maliyyə savadlılığı dəstəkçisi” – Bankın geniş
auditoriyanı əhatə edən maarifləndirici proqramları, təlimlər və
rəqəmsal kontent vasitəsilə maliyyə biliklərinin artırılmasına
verdiyi töhfə bu nominasiyada önə çıxıb.

“Təhsil dəstəkçisi” – “Unibank”ın təhsil
sahəsində həyata keçirdiyi layihələr, gənclərin inkişafına yönəlmiş
təşəbbüslər xüsusi qeyd olunub.




“Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)” –
Bankın ekoloji məsuliyyət, sosial təsir və korporativ idarəetmə
prinsiplərinə uyğun fəaliyyətləri, eləcə də dayanıqlı inkişafı
təşviq edən layihələri bu istiqamətdə fərqlənməsinə səbəb olub.

“Beynəlxalq əməkdaşlığın inkişafında fərqlənən
bank”
– “Unibank”ın beynəlxalq maliyyə institutları ilə
əməkdaşlığının genişləndirilməsi, xarici tərəfdaşlıqlar və qlobal
maliyyə sisteminə inteqrasiya istiqamətində atdığı addımlar yüksək
qiymətləndirilib.

“Unibank”ın 5 nominasiya üzrə əldə etdiyi bu nəticə bankın
yalnız maliyyə xidmətləri sahəsində deyil, eyni zamanda sosial
məsuliyyət, təhsil, innovasiya və beynəlxalq əməkdaşlıq
istiqamətlərində də ardıcıl və strateji fəaliyyətinin
göstəricisidir.

Unibank- Sənin Bankın!