Tramp ABŞ-nin husilərlə əlaqədə olduğunu bildirib

Baş səhifə

Bakı. Trend:

ABŞ Yəməndə fəaliyyət göstərən husilərin “Ənsar Allah” üsyançı
hərəkatı ilə təmaslar saxlayır. Bunu ABŞ Prezidenti Donald Tramp
bəyan edib.

“Husilərlə təmaslarımız var və bundan sonra nə baş verəcəyini
görəcəyik. Lakin onların etdikləri çox pis idi”, – deyə o, Tennessi
ştatından Ağ Evə qayıdarkən Vaşinqton yaxınlığındakı Endryus hərbi
bazasında jurnalistlərlə söhbətində Səudiyyə Ərəbistanına endirilən
zərbələri şərh edərkən bildirib.




“Bu hücum dəhşətli idi”, – deyə ABŞ lideri əlavə edib. Onun
fikrincə, belə hallarda Səudiyyə Ərəbistanının özünü müdafiə etmək
hüququ var.

Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin məlumatına
görə, Ər-Riyaddakı Kral Xalid adına beynəlxalq hava limanına edilən
hücum nəticəsində azı 12 nəfər həlak olub, daha 309 nəfər
yaralanıb. Həlak olanlar arasında bir ABŞ vətəndaşı da var.