
Ukrayna son sutka ərzində Rusiyanın Samara regionunda neftayırma zavodunu vurub.
APA xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, “Novokuybişevsk” neftayırma zavodundan əlavə olaraq, logistika mərkəzi də hədəfə alınıb.
Krıma edilən hücumda isə, Saki aerodromunda Rusiyaya məxsus Su-24M tipli qırıcı təyyarə məhv edilib.
Sözügedən zavodun cəbhə xəttindən 1000 kilometr məsafədə yerləşdiyi vurğulanıb.

