Türkiyədə hüquq mühafizə orqanları 1 tondan çox narkotik vasitə aşkarlayıb

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Kocaeli şəhərinin Derince dəniz limanında hüquq
mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsindən
ümumilikdə 1 ton 508 kiloqram çəkidə narkotik vasitələr
aşkarlanaraq müsadirə olunub.

Trend xəbər verir
ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmi
“X” səhifəsində məlumat verib.




Əməliyyatda Kocaeli, İstanbul, Artvin vilayətlərinin polis
idarələrinin narkotik vasitələrlə mübarizə bölmələrinin
əməliyyatçıları iştirak edib və 5 nəfər şübhəli şəxs qismində
saxlanılıb.

“1 ton 508 kiloqram” skank narkotik maddəsini ələ keçirərək onun
insanlar arasında yayılmasının və cəmiyyətin sağlamlığına zərər
vurmasının qarşısını aldıq…Bizim bütün mübarizəmiz başda
gənclərimiz olmaqla bütün vətəndaşlarımızı qorumağa yönəlib. Və biz
bu mübarizəni təkcə ölkəmiz üçün deyil, bütün insanlıq üçün
aparırıq.Əməliyyatda əməyi keçənləri təbrik edirəm”,- deyə
Yerlikaya yazıb.