Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda tikintisi
planlaşdırılan zəfər tağının qabaqcıl hərbi kompleksə çevrilməsinə
razılıq verib.
Bu barədə “Truth Social” sosial şəbəkəsində
yazıb.
“Mən möhtəşəm zəfər tağının <…> yüksək
səviyyəli hərbi kompleksə <…> çevrilməsinə razılıq verdim.
Kompleks çoxlu sayda dronun, snayperlərin <…>
yerləşdirilməsi, saxlanması və operativ istifadəsi, habelə böyük
həcmdə snayper sursatlarının saxlanılması üçün nəzərdə tutulacaq”,
– deyə o yazıb.
D. Tramp belə bir qərarı “ABŞ Silahlı Qüvvələrinin
xahişi ilə və milli təhlükəsizliyin təmin edilməsi məqsədilə”
verdiyini vurğulayaraq, planlaşdırılan tikilini “dünyanın ən
möhtəşəm tağı” adlandırıb.

