TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) Aparıcı Milli Analitik
Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, konfrans İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Türk Dövlətləri
Təşkilatının Katibliyi ilə birgə təşkil edilib.

Konfransın mövzusu “Türk Dövlətləri Təşkilatı çərçivəsində
davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə iqtisadi
əməkdaşlığın gücləndirilməsi”dir.

Konfrans çərçivəsində “Regional inteqrasiya və Orta Dəhliz
infrastruktura əsaslanan inkişafın katalizatoru kimi”, “TDT
dövlətləri arasında ticarət və iqtisadi əlaqələrin
qiymətləndirilməsi” və “Dayanıqlı inkişaf üçün innovasiya: Siyasət
çərçivələri və iqtisadi transformasiya” adlı panel müzakirələr
keçirləcək.

Xəbər yenilənəcək