
“Sea Breeze Health Valley” layihəsinə tam dəstək verməyə
hazırıq.
Trend xəbər verir ki, bu
sözləri səhiyyə naziri Teymur Musayev Birinci Azərbaycan Beynəlxalq
İnvestisiya Forumu çərçivəsində keçirilən panel sessiyada
deyib.
““Sea Breeze Health Valley” qanunvericilikdə xüsusi yanaşma və
normativ bazanın tətbiq edilə biləcəyi unikal bir təşəbbüsdür. Əks
halda, onun həyata keçirilməsi gecikmələr riski daşıyır. Nazirlik
olaraq, layihəni dəstəkləmək üçün xüsusi uyğunlaşdırılmış normativ
yanaşma qəbul etməyə tam hazırıq”, – deyə Teymur Musayev əlavə
edib.
Teymur Musayev vurğulayıb ki, bu yanaşma layihənin sürətli və
uğurlu həyata keçirilməsini təmin edəcək: “Nazirlik maraqlı
tərəflərdən ibarət təşəbbüs qrupuna rəhbərlik edərək layihəyə tam
dəstəyini bir daha təsdiqləyir”.

