Sahibə Qafarova: Azərbaycanla Xorvatiya arasında qarşılıqlı ticarət göstəriciləri yüksəkdir

Baş səhifə
Sahibə Qafarova: Azərbaycanla Xorvatiya arasında qarşılıqlı ticarət göstəriciləri yüksəkdir

Son son 11 ildə ilk dəfədir ki, Azərbaycan və Xorvatiyanın parlament sədrləri arasında ilk səfər və görüş həyata keçirilir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviçlə birliklə keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlərinə nəzər yetirdikdə, qarşılıqlı ticarət göstəricilərinin yüksək səviyyədə olduğunu müşahidə edilir:

“Enerji sahəsi iqtisadi əlaqələrimizdə mühüm yerə malikdir. Bildiyiniz kimi, bu gün Azərbaycan on Avropa, o cümlədən səkkiz Avropa İttifaqı ölkəsinə qaz ixrac edir ki, Xorvatiya da bu ölkələrdən biridir. Müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün müntəzəm müzakirələr aparılır. Bu mənada, “İqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiya”nın fəaliyyəti xüsusi aktuallıq kəsb edir”.

S.Qafarova həmçinin Azərbaycanla Xorvatiya arasında minatəmizləmə sahəsində əməkdaşlığı vurğulayıb:

“Bu əməkdaşlıq işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi baxımından əhəmiyyətə malikdir”.